30 yaşlı kişi itkin düşdü

30 yaşlı kişi itkin düşdü

Sumqayıtda 30 yaşlı kişi itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, şəhərin 4-cü mikrorayonunda yaşayan Şükür Vaqif oğlu Şükürov yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Yaxınları onun itkin düşməsi barədə polisə məlumat veriblər.

Onun tapılması istiqamətində axtarış tədbirləri aparılır. /Lent.az