“AFB Bank” məhkəmə qarşısında

“AFB Bank” məhkəmə qarşısında

“Vəlioğlu-2018” MMC “AFB Bank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,şirkətin iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Ceyhun Tağıyev iş üzrə hakim təyin edilib.

İşin mahiyyəti barədə məlumat yoxdur.

“AFB Bank” ASC-nin əsas səhmdarı Hikmət Abuzər oğlu İsmayılovdur.

O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.