“ASAN xidmət” mərkəzlərində təmizlik işlərinə 1.3 milyon xərclənəcək

“ASAN xidmət” mərkəzlərində təmizlik işlərinə 1.3 milyon xərclənəcək

1 saylı Gəncə, 2 saylı Gəncə, 3 saylı Bakı, 4 saylı Bakı, 5 saylı Bakı və Tovuz regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərə 1 370 116 AZN sərf olunacaq.

NOCOMMENT.az-ın xəbərinə görə, xidməti yenə “Təmizliyin İncisi” MMC göstərəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi MMC ilə müqavilə bağlayıb.

Qeyd: Agentliyin təmizlik işləri ilə əlaqədar elan etdiyi tenderlərin qalibi əsasən “Təmizliyin İncisi” olur. (Pravda.az)