Avtobusda boru partladı, sərnişin yandı

Avtobusda boru partladı, sərnişin yandı

Gəncədə sərnişin avtobusda yanıq xəsarəti alıb.

NOCOMMENT-in məlumatına görə, hadisə şəhərdaxili marşrut kimi fəaliyyət göstərən avtobusda baş verib. Şəhər sakini Aygün Əliyeva marşrutda olan zaman avtobusun istilik sisteminin rezin borusu partlayıb. Nəticədə o 1-ci dərəcəli yanıq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır./qafqazinfo