Azərbaycanın bu rayonunda DƏHŞƏT – Ölən və yaralananlar var

Azərbaycanın bu rayonunda DƏHŞƏT – Ölən və yaralananlar var

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NOCOMMENT.az -a verilən məlumata görə, hadisə iyunun 9-u saat 17 radələrində rayonun Bolsulu kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini İ.Əliyev idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Məyiş Hüseynov orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.