Gəncədə 10 yaşlı oğlan ölüb.
NOCOMMENT-in qafqazinfo-ya istinadən xəbərinə görə, şəhərin “Yeni qəsəbə” adlanan ərazisində yaşayan 2012-ci il təvəllüdlü uşağın səhhəti qəfil pisləşib. Təcili yardımla xəstəxanaya çatdırılan azyaşlının artıq öldüyü məlum olub.
Uşağın hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.












