Beşdən çox uşağı olan qadınlara bu qədər pul veriləcək

Beşdən çox uşağı olan qadınlara bu qədər pul veriləcək

Azərbaycanda beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin aylıq məbləği artırılıb.

 

NOCOMMENT Modern.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

 

Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.