Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub

Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin komandanı general-leytenant Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb.