Bu istiqamətlərdə SIXLIQ var

Bu istiqamətlərdə SIXLIQ var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən NOCOMMENT.az -a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq “Çermet” yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

2. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

3. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Gülarə Qədirbəyova küçəsi istiqamətində;

4. Gülarə Qədirbəyova küçəsində Xətai prospeki ilə kəsişmə istiqamətində;

5. Salatın Əsgərova küçəsinin Təbriz və Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində;

6. Səməd Vurğun küçəsində Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər, Yusif Vəzir Çəmənzəminli küçəsi istiqamətində;

7. Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;

8. Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində.