Canlı efirdə aparıcının vəziyyəti pisləşdi – VİDEO

Canlı efirdə aparıcının vəziyyəti pisləşdi – VİDEO

“Space” televiziyasının canlı efirində aparıcının vəziyyəti pisləşib.

NOCOMMENT xəbər verir ki, gözlənilməz hadisə “Sizin psixoloq” verilişində baş verib.

Aparıcı Aytac Carçıyeva proqramda qonaq olan psixoloqun çıxışını dayandıraraq: “Dayana bilmirəm, efiri dayandırın. Saçı açın, başıma dəhşətli ağrı girib, ürəyim gedəcək. Bir an əvvəl bu saç açılsın”, – sözlərini qeyd edib.

Aparıcının bu sözlərindən sonra veriliş reklamlara keçid edib. Reklamlar bitdikdən sonra isə Aytac yenidən eyni saç düzümündə verilişə davam edib.

A.Carçıyeva daha sonra bununla bağlı açıqlama yayaraq: “Saçım sıx yığılmışdı. Reklam arasında saçım çox incidir dedim, amma əhəmiyyət vermədim. O qədər sıx idi ki, bir anda başıma ağrı girdi. “Reklamlar” deyə bilmədim. Halım birdən çox pis oldu. 18 illik təcrübəmdə ilk dəfədir ki, özümü saxlaya bilmədim”, – sözlərini əlavə edib (Baku.tv).

Sözügedən anları təqdim edirik: