DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq

DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.

“Lusail” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FİFA referisi Daniele Orsato idarə edəcək.

Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıblar.

Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

DÇ-2022, yarımfinal, 13 dekabr

23:00. Argentina – Xorvatiya

Baş hakim: Daniele Orsato (İtaliya)
“Lusail” stadionu

Qeyd edək ki, yarımfinalın sabahkı digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.