10:09
Sosial şəbəkələrdə yayılan yeni videogörüntü müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, kadrlarda ağ kələmin turşuya qoyularkən süni şəkildə rəngləndirildiyi bildirilib.
Videoda çəkilişi zamanı şəxs özü etiraf edir ki, rəngləndirici maddə əlavə edilir və üç günə şoraba qırmızı rəng alır.
Satıcının sözlərinə görə, həmən rəngləndirici maddənin Azərbaycanda satışı yoxdur, İrandan gətirilib.
İddialara görə, kələmin qırmızı rəngi əldə etmək üçün “Azorubine Carmoisine (Red E122)” kimi sintetik qida boyasından istifadə olunur. Bu isə istehlakçılar arasında ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, E122 — sintetik azo boyasıdır və bəzi ölkələrdə istifadəsinə məhdudiyyətlər tətbiq edilib. Bu səbəbdən iddialar daha ciddi narahatlıq doğurub.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.
***
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı məsələ agentlik tərəfindən nəzarətə götürülüb və qanunvericiliyə uyğun olaraq araşdırılır.
“İstehlakçılardan qida məhsulları alarkən diqqəti olmaları xahiş olunur. Mənşəyi məlum olmayan məhsulların istehlakı tövsiyə edilmir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir”, – məlumatda bildirilib.
Sara












