DİN salfetdə narkotik olması iddiasını ARAŞDIRIR

DİN salfetdə narkotik olması iddiasını ARAŞDIRIR

Küçədə uşaqların satdığı salfetin içərisində narkotik vasitələrin olduğuna dair iddialarla bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev qeyd edib ki, polis yayılan iddialar barədə məlumatlıdır: “Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.

Xatırladaq  ki, bir neçə gündür sosial şəbəkə istifadəçisi dilənçi uşaq və qadınlardan salfet almamaqla bağlı çağırış edirlər: “Yolda salfet satan uşaq və qadınlardan heç nə almayın. Pul vermek istəsəniz verin, amma salfeti götürməyin. İçinə patı atırlar, verirlər sənə. Sən də bilmirsən qoyursan maşına. Qarşıda polislər qabağını kəsirlər və ilişdirirlər. Artıq 3 nəfəri ilişdiriblər. Əsas da “Memar Əcəmi” tərəfdə ehtiyatlı olun”.