Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.
NOCOMMENT azfront-a istinadən xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsində keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.
“Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür”, – deyə məlumatda bildirilib.
Beyləqanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.
Dəyanət Atakişiyev adı yuxarıda açıqlanan idarənin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.
O, rüşvət almaqda şübhəli bilinir.












