Əri ilə mübahisə edən qadın özünü maşından atdı

Əri ilə mübahisə edən qadın özünü maşından atdı

Abşeron rayonu Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəminində qadın ağır xəsarət alıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib. Daha sonra qadın özünü avtomobildən yerə atıb.

O, ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.