Goranboy sakini dəm qazından zəhərlənərək ölüb

Goranboy sakini dəm qazından zəhərlənərək ölüb

Goranboy rayon sakini hamam otağında dəm qazından zəhərlənərək ölüb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə dekabrın 11-də saat 07 radələrində rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, “Azəriqaz” İB-nin Tikinti departamentində traktor sürücüsü işləyən Süleymanov Elşad Qasım oğlunun kirayədə yaşadığı evin hamam otağında meyiti aşkar olunub.

Onun dəm qazından zəhərlənmədən ölməsi ehtimal edilir.