İcra başçısına xanım müavin təyin edildi

İcra başçısına xanım müavin təyin edildi

Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzovun sərəncamı ilə Ruhiyyə Mahmud qızı Hacıyeva Rayon İcra Hakimiyyəti başçısının müavini və paralel olaraq İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

NOCOMMENT.az “Banker.az”-a istinadən xəbər verir ki,  bunu Siyəzən RİH-in açıqlamasına istinadən xəbər verir.

O, bundan əvvəl Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsində çalışıb.

Bununla da, Novruz Novruzovun müavinlərinin sayı 2-yə yüksəlib.