Koronavirus STATİSTİKASI: Ölüm sayı azalmır

Koronavirus STATİSTİKASI: Ölüm sayı azalmır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 924 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 422 nəfər müalicə olunaraq sağalıb, hazırda 479 nəfər aktiv xəstə var. Bu günə qədər 10 023 nəfər vəfat edib.