Koronavirus STATİSTİKASI: Yenə ölən var

Koronavirus STATİSTİKASI: Yenə ölən var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 874 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 650 nəfərdir.

Ölkədə son sutka ərzində 2 410, hazırkı dövrədək isə 6 996 835 test aparılıb.