Masallı sakini ehtiyatsızlığın qurbanı oldu

Masallı sakini ehtiyatsızlığın qurbanı oldu

Dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə NOCOMMENT.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Hadisənin Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.