Meşədə azan 3 nəfər XİLAS EDİLDİ

Meşədə azan 3 nəfər XİLAS EDİLDİ

Qəbələnin Nohurqışlaq kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə 3 nəfər yolu azaraq köməksiz vəziyyətdə qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirliyin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Çevik tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onlar xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyə edilib.