Ötən il sərxoş sürücülərin törətdiyi yol qəzalarının sayı açıqlanıb

Ötən il sərxoş sürücülərin törətdiyi yol qəzalarının sayı açıqlanıb

Ötən il Azərbaycanda sərxoş sürücülərin törətdiyi yol qəzalarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən NOCOMMENT-ə bildirilib ki, 2021-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib.

Nəticədə 8 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Qeyd edək ki, 2021-ci ildə 1 649 yol-nəqliyyat hadisəsi baş verib, 706 nəfər həlak olub, 1 452-si isə yaralanıb.