Özünü qatar yoluna atan qadın xəstəxanaya yerləşdirilib

Özünü qatar yoluna atan qadın xəstəxanaya yerləşdirilib

Ötən gün Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında özünü qatar yoluna atan qadın 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızının son durumu açıqlanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, qadın Kliniki Tibbi Mərkəzə aparılıb.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu isə bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, hazırda qadının müalicəsi davam etdirilir.