Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
Bu barədə NOCOMMENT-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Qara Qarayev prospekti Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
6. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Babək prospekti mərkəz istiqamətində;
9. Mikayıl Useynov prospekti Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
11. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.












