Azərbaycanda son sutkada 8 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci və ikinci doza vaksin vurduran olmayıb.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 7-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 669 891, birinci doza peyvəndlərin ümumi sayı 5 341 971, ikinci doza vaksinlərin sayı 4 842 230 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 244 017, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 241 673 olub.












