Sabah III Çarlz rəsmi şəkildə kral elan olunacaq

Sabah III Çarlz rəsmi şəkildə kral elan olunacaq

Kral III Çarlz, sabah sentyabrın 10-da rəsmi şəkildə kral elan olunacaq.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayından bildirilib.

Qeyd olunub ki, sabah bununla bağlı rəsmi məraim keçiriləcək.

Xatırladaq ki, Britaniyanın kraliçası II Elizabet dünən vəfat edib.