Şəkidə hazırlığa, Bakıda oyun zalına gedən məktəbli itkin düşdü

Şəkidə hazırlığa, Bakıda oyun zalına gedən məktəbli itkin düşdü

Şəkidə məktəbli itkin düşüb.

NOCOMMENT “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şəki şəhər sakini S.Hacıyev polisə müraciət edərək 2006-cı il təvəllüdlü oğu, 10-cu sinif şagirdi Ramazan Hacıyevin yanvarın 14-də fərdi müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxdığını, lakin geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Bundan başqa, Binəqədi rayon sakini də polisə müraciət edərək 2009-cu il təvəllüdlü oğlu, 7-ci sinif şagirdi Nihat Rəhmətulinin yanvarın 13-ü evdən oyun zalına getmək adı ilə çıxması və geri qayıtmaması barədə məlumat verib.

Hər iki müraciət üzrə araşdırmalar aparılır.