Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
NOCOMMENT qafqazinfo-ya istinadən bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovun fotolarını təqdim edir.
Qeyd edək ki, onlar kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.













