Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.
NOCOMMENT teleqrafa istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Şahbazov və Arzu Salmanov saxlanılıblar.
Şəxsi axtarış zamanı T.Şahbazovdan 52 qramdan artıq, A.Salmanovdan isə 103 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.











