Sumqayıtda keçmiş məhkumdan silah aşkarlanıb

Sumqayıtda keçmiş məhkumdan silah aşkarlanıb

Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Məmmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.