Tovuzda kütləvi şəkildə ağaclar kəsilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan NOCOMMENT.az-a bildirilib ki, Tovuz rayonunda ağacların kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır.
Araşdırmanın nəticələrindən asılı olaraq hüquqi tədbirlər görüləcək və ictimaiətə bu barədə məlumat veriləcək.
***24.01- 23:45
Məmməd Məmmədovun icra başçısı olduğu Tovuzda kütləvi şəkildə ağaclar kəsilib.
Rayonda Qəhrəmanlar Parkı qarşısında “YAŞIL TERROR” baş verib.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, kütləvi şəkildə ağac kəsilib.
Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Tovuzda bu tapşırığın əksinə hərəkət edilir.

Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.\\32gun.az












