Tovuz rayonunda qadın əri tərəfindən qətlə yetirilib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Hacıalılı kəndində qeydə alınıb.
Belə ki, Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat həyat yoldaşı, 1998-ci il təvəllüdlü Əhmədova Nuranə Qafar qızının boğazını kəsərək qətlə yetirib.
Qətlə yetirilən Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri, Nicat Əhmədovun bibisi qızı olub. Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.
Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












