Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq

Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq

Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.

NOCOMMENT.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

V.Hüseynov qeyd edib ki, həmin şəxslərin ölkədə qalma müddəti mayın 24-də başa çatır:

“Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların Azərbaycanda qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək”.