Valeh Kərimov yaşına görə teatrdan uzaqlaşdırılıb

Valeh Kərimov yaşına görə teatrdan uzaqlaşdırılıb

Xalq artisti Valeh Kərimov yaşına görə teatrdan uzaqlaşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, 78 yaşlı aktyor “Xəzər xəbər” verilişinə müsahibəsində iş yerindən güclə çıxarıldığını bildirib:

“8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Teatrın direktoru mənə dedi ki, Valeh müəllim, yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da…Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm… Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar”.