Xəzər Lənkəranın stadionu təmir edilir

Xəzər Lənkəranın stadionu təmir edilir

“Xəzər Lənkəran” Stadionu təmirə bağlanıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klubun sabiq mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu paylaşım edib.

O bildirib ki, xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işləri yaxın günlərdə başlayacaq:

“Xəzər Lənkəran” stadionunun təmirə bağlanması xəbəri həqiqətdir. Hələlik, stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq”.