Yeni Klinikanın işçi heyətinin 32 faizi gənclərdən ibarətdir

Yeni Klinikanın işçi heyətinin 32 faizi gənclərdən ibarətdir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin işçi heyəti 278 tibb və 573 qeyri-tibb olmaqla 851 nəfərdən ibarətdir.

NOCOMMENT.az-ın məlumatına görə 32 faizi gənclərdən ibarət olan tibb müəssisəsində fəaliyyət göstərən gənc personalın sayı 274 nəfər təşkil edir.

Onlardan 29-u həkim, 70-i orta tibb, 175 nəfəri isə qeyri-tibb heyətinə daxildir.

Qeyd edək ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Milli Məclisin 8 may 2007-ci il tarixli qərarına əsasən gənclik yaşı 29 təyin edilib.