Sosioloq: Azərbaycanda bu sahədə iş aparılmırbackend

Sosioloq: Azərbaycanda bu sahədə iş aparılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiya dövründə boşanmaların sayı artıb. Bunun əsas səbəblərindən biri bu dövrdə nikahların sayının azalmasıdır”.

Bu barədə NOCOMMENT-ə sosioloq Rəşad Əsgərov danışıb.

Onun sözlərinə görə, işsizlik, ailədaxili problemlər, ailəyə kənardan müdaxilələr, ailə üzvlərindən birinin qeyri-etik davranışları və Avropa ölkələrindən fərqli olaraq “mentalitet problemləri” ailələrin dağılmasına səbəb olur.

“Son dövrdə boşanmaların bu dərəcə artması Azərbaycanda pik vəziyyətin yaranmasına gətirib çıxarır. Belə ki hər 4 nikahdan biri boşanma ilə nəticələnir. Bu vəziyyətdə ölümlə nəticələnən hallarla da qarşılaşmaq mümkündür. Bu vəziyyətdə dövlətin xüsusi orqanları, xüsusi ilə də Ailə , Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə nazirliyi, məhkəmə sistemi boşanmalarla bağlı məsələlərdə daha alternativ yolların seçilməsinə yol verilməlidir. Azərbaycanda bu sahədə iş aparılmır”.

Qeyd edək ki, son statistikaya əsasən, cari ilin ilk 6 ayında qeydiyyat şöbələri tərəfindən 23 231 nikaha daxilolma və 8 168 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Nərmin VÜQARQIZI