Şotlandiyada Baş Nazirlikdə ilk NAMAZ!backend

Şotlandiyada Baş Nazirlikdə ilk NAMAZ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiyanın ilk müsəlman baş naziri seçilən Pakistan əsilli Həmzə Yusuf ailəsi ilə birlikdə ilk namazını baş nazirin rəsmi iqamətgahında qılıb.

NOCOMMENT.az xəbər verir ki, Baş nazirin rəsmi iqamətgahı Bute House-da ilk günündə ailəsi ilə birlikdə namaz qılan Şotlandiyanın yeni baş naziri Həmzə Yusuf ibadət edərkən çəkilmiş şəklini sosial media hesabında paylaşıb.

“Mən və ailəm parlamentdəki səsvermədən sonra ilk gecəmizi “Bute House”da keçiririk. İftardan sonra adət üzrə ailəmlə birgə namaz qılmağım xüsusi məqamdır” deyə o qeyd edib.

Qeyd edək ki, Səhiyyə və Sosial Xidmətlər naziri Həmzə Yusif Şotlandiya Regional Hökumətinin Baş naziri seçilib.

NOCOMMENT.AZ