Şotlandiyada çempion elan edildibackend

Şotlandiyada çempion elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiyanın səviyyəcə ikinci futbol çempionatı olan Çempionşipdə qalib müəyyənləşib.

NOCOMMENT.az Şotlandiya Peşəkar Futbol Liqasının (SPFL) rəsmi saytına istinadən xəbər verir ki, liqada mövsüm vaxtından əvvəl başa çatıb. Yarışın qalibi “Dandi Yunayted” elan olunub və bu klub əsas çempionata – Premyer Liqaya vəsiqə qazanıb.

Şotlandiyada Liqa 1 və Liqa 2-nin çempionları isə müvafiq olaraq “Reyt Rovers” və “Koub Reyncers”dir.

Qeyd edək ki, Şotlandiya Premyer Liqasında mövsümlə bağlı qərar hələ verilməyib. Çempionat iyunun 10-dək uzadılıb. Çempionşip 36 turdan ibarətdir. Əsas rəqibindən bir oyun çox keçirən “Dandi Yunayted” 28 matçdan sonra 59 xal toplayıb. 27 oyun keçirən “İnverness” isə 45 xalla ikinci olub.

Report