Şotlandiyanın baş naziri Nikola Sturgeon istefa verdibackend

Şotlandiyanın baş naziri Nikola Sturgeon istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiyanın Regional Baş naziri və Şotlandiya Milli Partiyasının sədri Nikola Sturgeon həm baş nazirlik, həm də partiya lideri vəzifələrindən istefa verdiyini açıqlayıb.

Şotlandiyanın Regional Baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Sturgeon istefası ilə bağlı paytaxt Edinburqda mətbuat konfransı keçirib.

Zamanı gələndə bu vəzifəni başqasına təhvil verməli olduğunu hiss etdiyini ifadə edən Sturgeon, “Mən ruhən bilirəm ki, bu zaman gəlib. Bu, mənim, partiyam və ölkəm üçün doğru olandır. Ona görə də bu gün baş nazirlikdən və partiya rəhbərliyindən getmək niyyətimi açıqlayıram”, – deyə bildirib.