Şou-biznesin dava-dərman içəni, oruc tutmayanı, düz yol axtaranı kimlərdir? – SORĞUbackend

Şou-biznesin dava-dərman içəni, oruc tutmayanı, düz yol axtaranı kimlərdir? – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayı bütün islam dünyasında müqəddəs ay hesab edilir. Bu gün Ramazan ayının 21-ci günüdür. Bu ayda müsəlmanlar oruc tutur, Allaha dualar edirlər. Azərbaycanda da Ramazan ayı xüsusi qeyd edilir.

NOCOMMENT xəbər verir ki, oxu.az şou-biznes nümayəndələri arasında sorğu keçirib və onların Ramazan ayını necə keçirdiklərini və oruc tutub-tutmadıqlarını öyrənib.

Həmin sorğunu təqdim edirik:

Müğənni Roza Zərgərli: “Səhhətimlə bağlı oruc tutmuram. Allah hər kəsin orucunu qəbul etsin”.

Xalq artisti Məleykə Əsədova: “Bizim ailədə demək olar ki, hamı oruc tutub. Amma mən bəzi səbəblərdən bu il oruc tuta bilmədim. Allah bütün oruc tutanların orucunu qəbul etsin”.

Azərbaycanın 2011-ci ildə “Avroviziya” musiqi yarışmasının qalibi olan Eldar Qasımov da oruc tutmayan məşhurlardandır.

“Kristal” qrupunun rəhbəri, prodüser Mədinə Məlik iki ildir oruc tutmadığını bildirib: “Anamın səhhətində böyük problemlər yaşanandan bəri oruc tutmuram. Sonra o, rəhmətə getdi. Hələ də oruc tutmuram. Çünki mən depressiyada idim, hələ də dava-dərman içirəm. Allah oruc tutanların orucunu qəbul etsin”.

Müğənni Rüfət Axundov isə həmkarlarından fərqli olaraq oruc tutduğunu açıqlayıb: “11 ayın sultanı Ramazan ayıdır. Hər bir müsəlmanın əgər qüsuru yoxdursa, imkanı varsa, oruc tutmalıdır. Biz də müsəlmanıq şükür, bu gözəl ayda oruc tutub, ibadət edirik”.

Müğənni Əkbər Əliyev də oruc tutan məşhurlardandır. Əkbər açıqlamasında oruc tutmağı vacib bildiyini qeyd edib: “Bəli, oruc tuturam. Təbii ki, namaz da qılsaydım, daha böyük savab olardı. O düz yolu da Allah mənə qismət etsin”.

Manaf Ağayev isə açıqlamasında səhhəti ilə bağlı olaraq oruc tutmadığını vurğulayıb.