Soyadla bağlı yeni qanun qüvvəyə minirbackend

Soyadla bağlı yeni qanun qüvvəyə minir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Konstitusiya Məhkəməsi Türkiyə Mülki Məcəlləsindəki “qadınların evləndikdən sonra qızlıq soyadlarını yalnız ərinin soyadının qarşısında istifadə etməsinə” icazə verən müddəanı ləğv edib.

NOCOMMENT xəbər verir ki, artıq qadınlar öz soyadlarında da qala biləcəklər.

İstanbul 8-ci Ailə Məhkəməsi mühakimə etdiyi bir işdə 4721 saylı Türk Mülki Məcəlləsinin 187-ci maddəsində “Qadın evlənərək ərinin soyadını götürür, ancaq əvvəlki soyadını da qarşısında istifadə edə bilər” ifadəsini işlədib.

Məhkəmə qanunun yuxarıda qeyd olunan müddəasının kişilər və qadınlar arasında bərabərsizliyə səbəb olduğunu və konstitusiyaya zidd olduğunu əsas gətirərək, ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Ali Məhkəmə Türkiyə Mülki Məcəlləsinin 187-ci maddəsini konstitusiyaya zidd hesab edərək ləğv edib. Ləğv bəndi 9 aydan sonra qüvvəyə minəcək.