Rusiya və Amerika tərəfləri Ukraynadakı münaqişənin həlli yollarını tapmaq üçün birgə işin perspektivlərini qeyd ediblər.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
“Rusiya tərəfi ilə ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının nümayəndələri arasında təmaslar zamanı Ukrayna böhranının həlli yollarını tapmaq üçün birgə işin perspektivləri qeyd edilib”, – Şoyqu bildirib.