Şoyqu açıqladı: KTMT-nin hərbi planında dəyişiklikbackend

Şoyqu açıqladı: KTMT-nin hərbi planında dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövcud hərbi-siyasi vəziyyəti nəzərə alaraq kollektiv qüvvələrinin operativ yerləşdirilməsi planına dəyişiklik edəcək.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bunu KTMT ölkələri Müdafiə Nazirləri Şurasının iclasından sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqu söyləyib.

Onun sözlərinə görə, təşkilata üzv ölkələrin sərhədlərindəki hərbi-siyasi vəziyyət, həmçinin hərbi kollektiv təhlükəsizliyə yönələn çağırışlara və təhdidlərə qarşı birgə mübarizə təklifləri ətraflı müzakirə edilib: “Müasir reallıqları nəzərə alaraq kollektiv sürətli reaksiya qüvvələrinin operativ yerləşdirilməsi planının sənədlərinə yenidən baxmağa qərar verdik”.

Şoyqu önümüzdəki dövrdə hərbi komponentin inkişaf istiqamətlərinin də müəyyən edildiyini bildirib.