Şoyqu amerikalı həmkarı ilə telefon danışığı apardıbackend

Şoyqu amerikalı həmkarı ilə telefon danışığı apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sergey Şoyqu və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Qara dənizdə qəzaya uğrayan PUA ilə bağlı görüş keçirib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada telefon danışığının “ABŞ tərəfinin təşəbbüsü ilə” edildiyi vurğulanıb.

Bəyanatda qeyd edilib: “ABŞ pilotsuz təyyarəsinin Qara dənizdə qəzaya uğraması nəticəsində baş verən hadisənin səbəbləri və nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Şoyqu hadisənin səbəbinin ABŞ-ın xüsusi hərbi əməliyyat keçirməsi ilə əlaqədar Rusiya Federasiyasının elan etdiyi uçuşların məhdudlaşdırılması zonasına əməl etməməsi olduğuna diqqət çəkib.”

Görüşlə bağlı Pentaqondan verilən açıqlamada isə Rusiyanın hərəkətlərinin “təhlükəli və ehtiyatsız” olduğu bildirilib.

NOCOMMENT.AZ