Şoyqu Arutyunyanla sərhəddəki vəziyyəti müzakirə etdibackend

Şoyqu Arutyunyanla sərhəddəki vəziyyəti müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Tərəflər, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Syunik və Qeqarkunik vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Nazirlər telefon danışığı zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Rusiya-Ermənistan əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar.