Şoyqu: Avropa ölkələri Trampı aldada bilərbackend

Şoyqu: Avropa ölkələri Trampı aldada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa dövlətləri ABŞ Prezidenti Donald Trampı aldadaraq müdafiə xərclərini artırmaq öhdəliyini yerinə yetirməyə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Kommersant” qəzetinə müsahibəsində bildirib.

“O təsadüfi deyil ki, yeni müdafiə büdcəsinin ilk nəticələri yalnız 2029-cu ildə – Donald Trampın prezidentlik müddəti başa çatdıqda qiymətləndiriləcək. İstisna edilmir ki, avropalılar öz öhdəliklərindən imtina edərək Ağ Evin sahibini aldatmağa hazırlaşırlar”, – deyə Şoyqu qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr NATO-nun tövsiyələrini yalnız formal şəkildə yerinə yetirib, əslində isə vəsaitləri mülki infrastrukturun inkişafına yönəldib bunu “əlaqəli xərclər” kimi təqdim edə bilərlər.