Şoyqu: Ermənistan əsas strateji tərəfdaşımızdırbackend

Şoyqu: Ermənistan əsas strateji tərəfdaşımızdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni vəzifədaşı Suren Papikyanla işgüzar görüş keçirib.

NOCOMMENT.az TASS-a istinadla xəbər verib ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına və MDB-yə üzv dövlətlərin müdafiə qurumları rəhbərlərinin toplantısı çərçivəsində baş tutub.

“Ermənistan KTMT üzrə müttəfiqimiz və Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır. Regionda sabitliyin qorunmasında son dərəcə maraqlıyıq və bunun üçün maksimum səy göstəririk. Biz ikitərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət və Ermənistan silahlı qüvvələrinin potensialının artırılmasına dəstək veririk”, – deyə Sergey Şoyqu görüşdə bildirib.

İclasda müdafiə idarələrinin rəhbərləri iki ölkənin müdafiə nazirliklərinin 2023-cü il üçün əməkdaşlıq planını təsdiqləyiblər.

S. Şoyqu Rusiyanın birgə işi davam etdirməyə hazır olduğunu da vurğulayıb.

Öz növbəsində, Ermənistan müdafiə naziri Suren Papikyan qeyd edib: “Biz sizin təşəbbüsünüzü və sammitin təşkilində göstərdiyiniz səyləri yüksək qiymətləndiririk. Dekabr ayı nəticələri ümumiləşdirmək və gələcək planlar üzərində düşünmək üçün doğru vaxtdır, bu gün biz 2023-cü il planını imzalayacağıq”.