Şoyqu İrəvana gəlib – hazırda Paşinyanla görüşürbackend

Şoyqu İrəvana gəlib – hazırda Paşinyanla görüşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə naziri Sergey Şoyqu İrəvana gəlib.

NOCOMMENT xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Qevorqyanın məlumatına görə, hazırda müdafiə naziri ölkənin Baş naziri ilə görüşür.

Məlumata görə, daha sonra ölkə başçısının Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü planlaşdırılıb.

Rusiya nümayəndə heyəti erməni tərəfdaşları ilə Qarabağdakı vəziyyəti, sülhməramlıların yerləşdirilməsini, Rusiyanın maliyyə və texniki yardımının göstərilməsini, Fövqəladə Hallar Nazirliyi vasitəsilə yardım məsələlərini müzakirə edəcək.