Şoyqu İstanbulda səfərdədirbackend

Şoyqu İstanbulda səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbula səfər edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Habertürk” telekanalı yayıb.

Məlumata görə, bu gün taxılla bağlı imzalanacaq sazişi Türkiyə və Rusiya tərəfindən müdafiə nazirləri imzalayacaq. Bildirilir ki, Şoyqu məhz bu səbəbdən Türkiyəyə səfər edib.

“TRT” telekanalının məlumatına görə isə, taxıl dəhlizi ilə bağlı sazişi Ukrayna tərəfindən infrastruktur naziri Aleksandr Kubrakov imzalayacaq.

Xatırladaq ki, “Taxılın daşınmasına dair Saziş”in imzalanması mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə keçiriləcək.